Главная > Maraqlı > Masallıda “Müstəqilliyimiz əbədidir” başlığı altında dəyirmi masa

Masallıda “Müstəqilliyimiz əbədidir” başlığı altında dəyirmi masa


19-10-2022, 17:28. Разместил: admin44

Masallıda “Müstəqilliyimiz əbədidir”  başlığı altında dəyirmi masa

Masallı Tarix -Diyarşünaslıq Muzeyində  Müstəqilliyin Bərpası Günü ilə bağlı olaraq “Müstəqilliyimiz əbədidir”  başlığı altında dəyirmi masa keçirilib. Tədbirdə muzeyin və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları,mədəniyyət işçiləri  iştirak ediblər.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışı zamanı Müstəqilliyin Bərpasının 30 ili müddətində əldə etdiyimiz nailiyyətlərdən danışaraq keçmişimizdən ibrət götürüb bu gün və gələcəyimiz naminə səylərimizi əsirgəməməyi tövsiyə etdi.  Ə. Tağıyeva Heydər Əliyevin   Azərbaycanı Müstəqil Respublika kimi yenidən bərpa edib,   yaşatmağa göstərdiyi böyük layihələrdən  də danışdı.
Sonra çıxışçılar Dilgüşə Məmmədova və Təhmasib Məcidov  müstəqilliyimizin Heydər Əliyev siyasəti və uzaqgörənliyi sayəsində  yenidən bərpa edilərək öz hüquqi əsasını tapmış olduğunu, bugünkü gündə isə İlham Əliyevin tərəfindən uğurla davam etdirildiyini xüsusi qeyd etmiş oldular.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад