Главная > Maraqlı > Masallıda "SəhnəmİZ" layihəsi davam edir

Masallıda "SəhnəmİZ" layihəsi davam edir


21-10-2022, 17:24. Разместил: admin44

Gənclərin İnkişaf və Karyera mərkəzinin (GİKM) Masallı nümayəndəliyində həyata keçirilən layihənin ikinci təlimi baş tutub.

"Hisslər bilməcəsi", "Obrazın psixoanalizi", "Ssenari yazılmasının mərhələləri" mövzularında keçirilən təlim zamanı gənclər nəzəri və praktiki biliklər əldə ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi Masallı rayonunda yaşayan, aktyorluq sahəsinə marağı olan istedadlı gənclərin bu sahədə inkişafına dəstək olmaqdır.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад