Главная > Maraqlı > “Nə? Harada? Nə zaman?” intelektual yarışı Masallıda...

“Nə? Harada? Nə zaman?” intelektual yarışı Masallıda...


24-10-2022, 23:30. Разместил: admin44

Masallı rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunun seçmə mərhələsi keçirilib.

Bilik yarışması başlamazdan əvvəl Azərbaycanın Dövlət himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, daha sonra Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev geniş məruzə ilə çıxış etmişdir.

Qeyd edək ki, bilik yarışmasına Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan və Şirvan rayonunun gənclərdən ibarət komandaları qatılıb.

Maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticəsinə əsasən Şirvan, Hacıqabul və Masallı komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад