Главная > Maraqlı > Masallıda Daxili İşlər Nazirliyi və Polis Akademiyasının birgə tədbiri

Masallıda Daxili İşlər Nazirliyi və Polis Akademiyasının birgə tədbiri


24-10-2022, 23:30. Разместил: admin44

Masallıda "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda tədbir keçirilib

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin və Masallı rayonu üzrə Təhsil sektorunun rəhbərliyi, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları, məktəb direktorları, valideynlər və rayonun ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olub.

Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Akademiyada gənclərimizin inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.

Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад