Главная > Maraqlı > Qubadlının azad olunması
Qubadlının azad olunması24-10-2022, 08:38. Разместил: admin44 |
Qubadlı rayonu 31 avqust 1993-cü ildə mənfur qonşularımız olan erməni silahlı qüvvələri tərəfindən işğal olundu.Rayonun işğal olunmasından sonra 29997 soydaşımız öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldılar.94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdıldı və yararsız vəziyyətə salındı.1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətti, 4830 km elektrik xətti, 165 km magistral qaz boru xətti, 9 tikinti, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası və transformator tamamilə məhv edildi.2020-ci ildə ermənilərin təxribatına cavab olaraq başladılan 44 günlük vətən müharibəsinin gedişatında 25 oktyabr tarixində Qubadlının işğaldan azad edilməsi müharibənin əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki şəhərdə ermənilər tərəfindən güclü istehkamlar qurmuşdular.Qubadlını düşməndən azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən tərəfindən bu yüksəkliklərdən müntəzəm olaraq əsgərlərimizə atəş açılırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi.Şanlı Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərək əvvəlcə şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri işğaldan azad edildi və strateji yüksəkliklər ələ keçirildi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda ermənilərin təxribatına cavab olaraq başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğalçılardan azad etdi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı.Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı mühüm infrastruktur işlər aparılır. Bu infrastruktur bağlı işlər Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alınıb. Sovetlər dövründə Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür. Məmmədov Anar, Masallı rayon sakini “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |