Главная > Maraqlı > Masallı rayon Heydər Əliyev Mərkəzində növbəti açıq tarix dərsi

Masallı rayon Heydər Əliyev Mərkəzində növbəti açıq tarix dərsi


25-10-2022, 20:04. Разместил: admin44

Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədi ilə Masallı rayon Heydər Əliyev Mərkəzində oktyabrın 25-də keçirilən növbəti açıq tarix dərsində Kəlbəhüseynli kənd tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix dərsində şagirdlərə ümummilli lider Heydər Əliyevin ömür yolu ilə yanaşı, müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırılıb.

Tədris prosesində şagirdlər, həmçinin Ulu Öndərin təşəbbüsü ilə Azərbaycanda milli neft strategiyasının əsasının qoyulması, “Əsrin müqaviləsi”nin imzalanması, aqrar sahədə islahatların həyata keçirilməsi və digər məsələlər barədə də ətraflı məlumatlar əldə ediblər.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад