Главная > Maraqlı > Masallıda “Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir” adlı tədbir
Masallıda “Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir” adlı tədbir26-10-2022, 17:45. Разместил: admin44 |
Masallı Tarix Diyarşünaslıq Muzeyində 20 oktyabr – 20 noyabr Uşaq hüquqları aylığı çərçivəsində “Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir” başlığı altında tədbir keçirildi. Tədbirdə Nicat Əbilov adına Kəlbəhüseynli tam orta məktəbin şagirdləri iştirak etdilər. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva uşaqların hüquq və öhdəlikləri haqqında geniş danışdı. Eyni zamanda uşaqlara zərərli vərdişlərdən uzaq durmaları, elmə və biliyə yeyələnməklə bağlı tövsiyələrini də vermiş oldu. Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov məktəblilərə Vətənpərvərlik mövzusunda çıxış etmiş oldu. O, rayonumuzun vətən uğrunda canından keçən şəhid oğulları və qələbəyə gedən yoldan geniş danışdı. Yeniyetmə və gənclərimizin vətənpərvər ruhda tərbiyə olmaqlarının vacibliyini xüsusi qeyd etdi. Tədbirin sonunda məktəblilər muzeyə ekskursiya edərək, xatirə şəkilləri çəkdilər. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |