Главная > Maraqlı > Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatı

Prezident İlham Əliyevin 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatı


26-10-2022, 17:57. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfər edib. Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri mətbuata bəynatla çıxış etdi.O,çıxışında cənab İlham Əliyevin Gürcüstana işgüzar səfərə gəldiyinə görə səmimiyyətlə salamlayıb,ona təşəkkür etmişdir.
         
Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla çıxış edib. O,çıxışında Baş nazirə onu Gürcüstana dəvət etdiyinə görə təşəkkürünü bildirib. Eyni zamanda cənab İlham Əliyev özünü Gürcüstanda doğma evindəki kimi hiss etdiyini və yGürcüstanda olmağından çox məmnun qaldığını bildirmişdir.
             
Prezidenti İlham Əliyev 24 oktyabr tarixli Gürcüstan səfərini Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni stimul verəcəyini və “Bu münasibətlər çox dərin ənənələr üzərindəqurulduğunu bildirmişdir. O,əsrlər boyu xalqlarımızın dostluq, qardaşlıq, mehriban qonşuluq şəratində yaşadıqlarını qeyd etmişdir.
           
Cənab prezident İlham Əliyev bəyanatında demişdir ki, iki ölkə arasında olan strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik və həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birmizi dəstəkləyirik. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil,region üçün,ümumilikdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.
           
Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev bəyanatında həmçinin ,bir çox məsələlərin müzakirə olunduğunu,müzakirələrin hələ davam edəcəyini bildirib. Bu da təbii ki,bölgədə gedən siyasi proseslər, təhlükəsizliklə bağlı olan məsələlərin müzakirə-  ləridir.
           
Cənab Prezident İlham  Əliyev bəyanatında eyni zamanda Gürcüstanın Baş nazirinə 44 günlük zəfər müharibəsindən sonra yaranmış vəziyyətlə və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı məlumatlandırdığını bildirib.O,çıxışında demişdir: “ Biz hesab edirik ki,Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki,Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar.Hər halda,bizim niyyətimiz bundan ibarətdir.Biz beş prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik”. Eyni zamanda  ermənistanın siyasi iradə göstərərək,beynəlxalq birlik tərəfindən tanınan bu əsas təməl prinsipləri əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacağına ümidvar olduğunu bildirib. O,bəyanatında həmçinin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardığını bildirib.Əgər Ermənistan tərəfi buna hazırdırsa ,biz buna hazırıq.
             
Prezident İlham Əliyev həyata keçiriləcək yeni layihənin elektrik enerjisi ilə bağlı olduğunu və  Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirmişdir. Eyni zamanda Gürcüstanla Azərbaycan  arsında yükdaşımaların həcminin ildən-ilə artdığını, cari ildə yükdaşımaların həcminin 75 faiz olduğunu qeyd etmişdir.
           
Sonda Azərbaycan Prezidenti İlham Əliyev bəyanatında bütün bu uğurların təməlində hər iki ölkə arasında olan  xalqların dostluğundan və birgə fəaliyyətlərindən irəli gəldiyini bildirib..



Ziyafəddin Cavadov,
Sübhan Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад