Главная > Maraqlı > Prezident İlham Əliyevin 24 oktyabr 2022-ci il tarixdə Gürcüstana səfərdə olmuşdur

Prezident İlham Əliyevin 24 oktyabr 2022-ci il tarixdə Gürcüstana səfərdə olmuşdur


27-10-2022, 05:06. Разместил: admin44

Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafı məqsədilə 24 oktyabr 2022-ci ildə Gürcüstan  Respublikasının Baş Nazirinin dəvəti ilə Gürcüstanin Baş Naziri və Prezident İlham Əliyev arasında görüş keçirilmisdir. Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Daha öncə Azərbaycan Prezidenti Gürcüstana bir dövlət səfəri, bir rəsmi səfər və yeddi işgüzar səfəri olmuşdur.Bütün bunlar sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.
           
Qeyd etməliyəm ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub.Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə bu münasibətlərin 30-ci ildönümü qeyd olunur. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaş- misdir.
           
Həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələri inkişafına əhəmiyyətli təkan vermişdir. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır. Gürcüstanın Azərbaycanda səfirliyi 1995-ci ildə açılıb. 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində Baş Konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu açılıb.Ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova bu il aprelin 19-20-də Gürcüstanda rəsmi səfərdə olub.
           
Bundan əlavə Gürcüstanın dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. Gürcüstan Baş nazir İrakli Qaribaşvili 2021-ci il sentyabrın 29-da ölkəmizdə səfərdə olub. 2022-ci ildə də ölkələrimiz arasında intensiv yüksək səfərlər baş tutub. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası 2021-ci il sentyabrın 29-da təşkil edilib.2021-ci ildə Gürcüstan Azərbaycanın 8-ci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətimizin saldosu 558 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon ABŞ dollarını ötüb.Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb.
           
Həmçinin humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulamalıyam. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda bir çox layihələr həyata keçirilib. Məsələn, Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonunun Algeti (Gorarxı) kənd inzibati dairəsində yerləşən 3 kəndə içməli su xətti çəkilib, Algeti kəndində XVI əsrə aid qədim məscid bərpa olunub, Bolnisi rayonunun Həsənxocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib, Qardabani şəhərindəki 3 saylı, Tbilisi şəhərində M.F.Axundzadə adına 73 saylı Azərbaycan məktəblərinin, Dmanisi şəhərindəki 2 saylı məktəbin və bu rayonun Kirovisi kəndində məktəbin, Marneuli şəhərində 3 və 7 saylı məktəblərin binaları əsaslı təmir olunub, Qardabani rayonunun Qaracalar kəndində məktəb binası inşa edilib və Dmanisi şəhərində Heydər Əliyev adına Təhsil Mərkəzi yaradılıb.
           
 Onu da deyək ki, Gürcüstanda tarixən yığcam halda yaşayan azərbaycanlı əhali 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən 233 min nəfər təşkil edir. Soydaşlarımız  əsasən Kvemo-Kartli regionunun Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tsalka və Tetristkaro rayonlarında, Rustavi şəhərində, Kaxeti, Şida-Kartli, Mtsxeta-Mitianeti bölgələrində və Acarıstan Muxtar Respublikasında, eləcə də paytaxt Tbilisi şəhərində məskunlaşıblar.
               

Vəlişov Natiq,
Masallı Dövlət Regional Kollecin müəllimi



"Yeni həyat"  qəzeti,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад