Главная > Maraqlı > Masallıda “Cəmiyyətin həssas üzvləri- Uşaqlar” başlığı altında silsilə tədbir

Masallıda “Cəmiyyətin həssas üzvləri- Uşaqlar” başlığı altında silsilə tədbir


27-10-2022, 18:09. Разместил: admin44

27 oktyabr tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyi “Uşaq hüquqları aylığı“ çərçivəsində “Cəmiyyətin həssas üzvləri- Uşaqlar” başlığı altında tədbir keçirildi.

 Tədbirdə Ramiz Əzizov adına Yeddioymaq  kənd tam orta məktəbin şagird və müəllim kollektivi iştirak edib.

 Tədbirdə ilk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva, elmi işçi Dilgüşə Məmmədova uşaq hüquqları və şagird qaydaları haqqında, yeniyetmələrimizin cəmiyyətdə mədəni, düzgün tərdiyələndirilməsinin istiqamətlərindən və  şagirdlərin davranış qaydalarından geniş  danışdılar. Onlar,uşaqlara hüquq və şagird   davranış qaydalarının öyrədilməsi ilə yanaşı ciddi şəkildə icra olunmasını da tövsiyyə etdilər. Ə.Tağıyeva dövlətin istər təhsilə,istərsədə cəmiyyətimizdə yetişən uşaqlara göstərdiyi geniş miqiyaslı qayğıdan bəhrələrək, sağlam gələcəyimizin əsasını təşkil edən uşaqların doğru istiqamətdə yetişdirilmələri üçün ailə və təhsil birliyinin olmasını xüsusi vurğuladı.

Tədbirin sonunda məktəblilər muzeyə ekskursiya etdilər.







“Yeni həyat” qəzeti,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад