Главная > Maraqlı > “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Seymur Şirəliyevi ziyarət

“Qəhrəmanlarımızı Tanıdaq” layihəsi çərçivəsində qazi Seymur Şirəliyevi ziyarət


27-10-2022, 18:13. Разместил: admin44

“Qəhrəmanlarımızı tanıdaq” layihəsi çərçivəsində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi qazi Şirəliyev Seymur Azər oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb.

Şirəliyev Seymur Azər oğlu 01 oktyabr 1998-ci il tarixində Masallı rayon Mollahəsənli kəndində anadan olmuş, 2005-2016-ci illərdə Masallı rayon Təklə kənd tam orta məktəbində təhsil almış, 2017-2019-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. Qəhrəmanımız 1-ci qrup əlildir.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад