Главная > Maraqlı > Masallının Xırmandalı ərazisində qışa hazırlıq işləri davam etdirilir

Masallının Xırmandalı ərazisində qışa hazırlıq işləri davam etdirilir


29-10-2022, 23:30. Разместил: admin44
 


Masallı rayon Xırmandalı kəndinin mərkəzdən keçən çayda təmizlik və dərinləşmə işləri həyata keçirilir. Belə ki, Xırmandalı kəndinin mərkəzindən keçən uzunluğu 1,5 km olan çay lildən təmizlənmiş, çayın mühafizə zolağında bəndlər vurulmuş və qış mövsümündə çayda daşqınların baş verməməsi üçün çayda dərinləşmə işləri aparılmışdır.

Görülən işlər Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin dəstəyi və Masallı rayon Viləşçay su istismar idarəsinin texnikaları vasitəsi ilə həyata keçirilir. Eyni zamanda ərazidə Vətən Müharibəsi əlilləri və veteranlarının evlərinə gedən küçəyə 100 metrə yaxın qum-çınqıl tökülərək hamarlanmışdır.
Görülən işlərə görə kənd sakinləri Masallı rayon İcra hakimiyyətinə və zəhməti olanlara minnətdarlıqlarını bildirirlər.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад