Главная > Maraqlı > Masallıda yaşıllıqlara qayğı

Masallıda yaşıllıqlara qayğı


29-10-2022, 23:30. Разместил: admin44

Masallı şəhər Yaşıllıqsalma müəssisəsinin kollektivi payızın gəlişi ilə əlaqədar hazırladığı tədbirlərə uyğun olaraq park, xiyaban və küçələrdə yaşıllıqların artırılmasına və ağaclara qayğı göstərilməsinə başlamışdır. Müəssisənin sahə rəisi Adbala Əmənov xəbər verir ki, artıq Bakı prospektində ağacların budama işi başa çatdırılıb. Hazırda Qəhrəmanlar və Heydər Əliyev parklarında bu tədbir davam etdirilir.

Müəssisənin əkin qrupunun üzvləri Hüseynhacılı-Masallı yolunda 100 ədəd eldar şamı və gepares tingi əkmişlər. Müəssisənin əməkdaşları şəhərin küçə və parklarında olan qazonlara da qayğı göstərirlər.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад