Главная > Maraqlı > Masallıda yaşıllaşdırma işləri

Masallıda yaşıllaşdırma işləri


31-10-2022, 18:20. Разместил: admin44


Masallı şəhər Yaşıllıqsalma müəssisəsinin kollektivi payızın gəlişi ilə əlaqədar park, xiyaban, prospekt,  küçələrdə yaşıllıqların artırılmasına və ağaclara qayğı göstərilməsini gündən-günə genişləndirirlər. Müəssisənin əməkdaşları şəhərin küçə və parklarında olan qazon və gül kollarına da qayğı göstərir, bitkilərin bir yerdən başqa yerlərə köçürülməsi prosesini davam etdirirlər.

Masallı şəhər Yaşıllıqsalma müəssisəsinin əməkçiləri bu gün də, 31 oktyabr 2022-ci il tarixdə Hüseynhacılı-Masallı yolunda 131 ədəd Eldar şamı ağacının əkilməsinə nail olmuşlar.

Yaşıllıqsalma müəssisəsinin əməkçiləri işlərinin sürətlə və keyfiyyətli görülməsi üçün səylərini artırırlar.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад