Главная > Maraqlı > Muzeydə ekskursiyalar - Tariximizi öyrənək

Muzeydə ekskursiyalar - Tariximizi öyrənək


2-11-2022, 23:00. Разместил: admin44

Oktyabrın 3-dən başlayaraq 8 noyabr- Zəfər Günü ilə əlaqədar “Tariximizi öyrənək” başlığı altında Masallı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiyalar təşkil edilir.

Bu müddət ərzində keçirilən ekskursiyalarda Z. Zeynalov adına Hacıtəpə, A. Qurbanov adına Rüdəkənar,  T. Bayraməlibəyov  adına Yeddioymaq, Ə. Bəylərbəyov adına Xıl,  M. Qurbanov adına Sığıncaq, R. Əzizov adına 1 saylı Yeddioymaq, Yolağac, H. Sadıqov adına Eminli, Ə.Məmmədov  adına Öncəqala, N.Aslanov Miyankü,  F.Şükürov adına Lürən, N.Əbilov adına Kəlbəhüseynli kənd tam orta məktəblərin şagirdləri iştirak edib.

Muzeyin əməkdaşları tərəfindən şagirdlərə aparılan ekskursiyalarda bölgəmizin tarixi, adət ənənələri ilə yanaşı Birinci Qarabağ, Vətən Müharibəsi zamanı  torpaqlarınız uğrunda canından keçən oğullarımız  və  Qələbəyə gedən yolun tarixi haqqında da geniş məlumatlar verilib.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад