Главная > Maraqlı > 10 noyabr — Tarixi qələbəmizin qızıl təqvimi...

10 noyabr — Tarixi qələbəmizin qızıl təqvimi...


3-11-2022, 16:53. Разместил: admin44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən tarixi bir günü- noyabrın 10-u  ölkəmiz üçün qızıl hərflərlə tarixə yazdı. Ölkə rəhbəri hər zaman çıxışlarında bildirirdiki, dünyadakı güclər mərkəzi dəyişsə də, bizim strateji hədəflərimiz dəyişməz olaraq qalacaq. Müstəqilliyimizi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq və ərazi bütövlüyümüzü bərpa etmək Azərbaycan dövlətinin ən ali siyasətidir.

 İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Dövlət başçısı bu müjdəni Azərbaycan xalqına verdi. Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandanın rəhbərliyi sayəsində işğaldan torpaqları azad edərək şanlı tarix yazdı. Ölkəmiz davamlı olaraq bütün sahələrdə uğurlara imza atır.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazandı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.

Azərbaycan Prezidenti hər dəfə xalqa müraciətində söylədiyi bütün fikirlərə, verdiyi bütün sözlərə əməl etdi. Ulu Öndərin vəsiyyətini yerinə yetirdi. İşğalçıları  torpaqlarımızdan  iti qovan kimi  qovdu.

Xoşbəxt xalqıq ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!

İqtisadi gücümüz  qələbəni əldə etmək potensialımızı təmin etdi.  Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.

Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.

Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.

Bəyanatın üstünlükləri dünyada öz nüfuzu ilə tanınan Azərbaycan dövlətinin nüfuzunu bir daha artırdı. Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir.  Azərbaycana  maksimum sərf edən sənəddir. Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi. Bəyanat uzun illər davam edən işğala son qoyur.  

Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir. İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdır, orada yaşamağa başlayırlar.

Artıq işğaldan azad olunmuş torpaqlarımızdakı təbii sərvətlərimizdən səmərəli istifadə xalqımızın rifah halını yüksəltməyə, ölkəmizin ixrac potensialını daha da artırmağa xidmət edəcəkdir. Bu Qələbə sevinci dövlət başçısının ətrafında sıx birləşmiş xalqımızı bir daha yeni-yeni hədəflərə doğru inamla addımlamağa güc verdi.

Yaşasın Azərbaycan!

Yaşasın Qarabağ!

Afəddin  KƏRİMOV,
YAP Masallı Rayon təşkilatı Masallı Rayon İcra Hakimiyyəti ərazi Partiya Təşkilatının sədri.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад