Главная > Maraqlı > Masallıda “Narkomaniya bəşəriyyətin faciəsidir” adlı tədbir
Masallıda “Narkomaniya bəşəriyyətin faciəsidir” adlı tədbir3-11-2022, 21:24. Разместил: admin44 |
Müasir gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi cəmiyyətimizin əsas vəzifəsi hesab olunur. Bununla bağlı Masallı rayon Mərkəzi Kitabxana Sistemin 40 nömrəli Banbaşı kənd kitabxanasının müdiri Əsmər Əliyeva şəhid Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin doqquzuncu sinif şagirdləri arasında “Narkomaniya bəşəriyyətin faciəsidir” adlı maarifləndirici söhbət aparmışdır. Fəal kitabxanaçı yuxarı sinif şagirdlərinə bildirmişdir ki, yaşadığımız dövrün ən ağrılı yeri olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə tədbirləri, xüsusən də gənc nəslin nümayəndələri arasında marifləndirmə və təbliğat işləri günün ən vacib məsələlərindən biridir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |