Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


3-11-2022, 21:52. Разместил: admin44

Hörmətli cənab Prezident.

Oktyabrın 31-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən ikitərəfli və üçtərəfli görüşlərdə Azərbaycan xalqı bir daha Sizin qətiyyətinizin və siyasi iradənizin şahidi oldu. Xalqımızı hər zaman olduğu kimi, Soçidə də uğurla təmsil etdiyiniz üçün Sizə minnətdaram.
Sizin dediyiniz kimi, “Qarabağ Azərbaycandır!” və “Sözümüz imzamızdır!”.

Cənab Prezident, inanırıq ki, atdığınız sağlam və sabit addımlarınız, yürütdüyünüz praqmatik siyasətiniz, nümayiş etdirdiyiniz konkret mövqeyiniz xalqımıza və dövlətimizə hər zaman uğur gətirəcəkdir. Masallı ağsaqqalları və ictimaiyyəti çox yaxşı bilir ki, güclü Liderin rəhbərliyi sayəsində gələcək uğurlar bizi gözləyir.
Azərbaycanda, ümumilikdə isə Qafqaz regionunda sülhü bərqərar etmək üçün məqsədyönlü fəaliyyətinizdə Sizə yeni müvəffəqiyyətlər arzulayıram.

Allah Sizi qorusun.


Hörmətlə,

Ələşrəf Niftiyev
Masallı Rayon Ağsaqqallar Şurasının sədri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli
Azərbaycan Respublikası, Masallı şəhəri.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад