Главная > Maraqlı > Masallının Çaxırlı kəndində xeyriyyə işi

Masallının Çaxırlı kəndində xeyriyyə işi


4-11-2022, 23:30. Разместил: admin44

Masallı rayon Çaxırlı kəndində Masallı rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Çaxırlı bələdiyyəsi və kənd xeyriyyəçilərinin dəstəyi ilə Azərbaycan Respublikasının 3-cü dərəcəli Rəşadət ordenli şəhid əsgəri Kənan Şahbazovun adına olan küçədə abadlıq işləri görülmüşdür. Belə ki, əsasən qış mövsümündə küçələrdə yağış suyunun yığışması və evlərin, həyətlərin subasmaya məruz qalması müşahidə olunduğunu nəzərə alaraq şəhid Kənan Şahbazovun adına olan küçəyə qonşu olan küçədən xüsusi texnika ilə qazılaraq ümumi uzunluğu 15 metr və diametri 40 sm olan küng atılmış, küçə texnika vasitəsi ilə hamarlanmış, küçədə təmizlik işləri aparılmış və küçədə olan kol-koslar təmizlənərək kənara daşınmışdır.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад