Главная > Maraqlı > Masallı şəhərində təmizlik və abadlıq işləri sürətlənir

Masallı şəhərində təmizlik və abadlıq işləri sürətlənir


4-11-2022, 23:30. Разместил: admin44

Masallı şəhərinin prospekt, küçə, park və xiyabanlarında təmizlik və abadlıq işləri günü-gündən sürətlənir. Belə ki, Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Mənsil İstismar Sahəsi, Yaşıllaşdırma müəssisəsi və DOST iş Mərkəzinin texnikaları və canlı qüvvəsinin köməyi ilə şəhərin Heydər Əliyev prospektində, Zərifə Əliyeva, Qarabağ, Xətai, Dadva, Azərbaycan və digər mərkəzi küçələrdə yaşıllıqlara xüsusi qulluq olunur, çoxmənzilli yaşayış binalarının ətrafı təmizlənərək abadlaşdırılır, mərkəzi küçələrin kənarlarında tutulmuş su novları təmizlənir, qazonlar biçilir, kol-koslar təmizlənərək ərazidən çıxarılır. Masallı şəhərində yeni ağacların əkilməsi üçün çalalar qazılır, yanmış ağaclar yenisi ilə əvəz olunur.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад