Главная > Maraqlı > Şəhidlərə salam olsun! 

Şəhidlərə salam olsun! 


5-11-2022, 12:20. Разместил: admin44

Şəhid-yurdun şah damarı,
Əbədiyyət,cənnət barı...
Haqq sevdalı,Tanrı yarı
Şəhidlərə salam olsun!

Körpələrin yuxusundan,
Süd ətirli qoxusundan,
Qarabağın qapısından,
Şəhidlərə salam olsun!

Ərənlərin dünyasından,
Anaların duasından,
Elin, ismət sonasından,
Şəhidlərə salam olsun!

Şuşamızın havasından,
Bülbülün öz "yuva"sından,
Dədə Qorqud babasından,
Şəhidlərə salam olsun!

Bayraq, Zəfər şöləsindən,
Himnimizin hürr səsindən,
Vətənin hər bölgəsindən,
Şəhidlərə salam olsun!

Ay-ulduzlu bayrağımdan,
Əbədi var olanımdan,
Polad adlı generalımdan,
Şəhidlərə salam olsun!

Dəmir yumruq Sahibindən,
Bizim Şuşa Fatehindən,
İgid əsgər,qazilərdən,
Şəhidlərə salam olsun!

44 günlük haqq davadan,
Azad olan Qarabağdan,
Cənab ali Komandandan,
Şəhidlərə salam olsun!

Şəhid olan Elmirimdən,
Öz yurdumdan,öz elimdən,
Sizin Qeyrət müəllimdən,
Şəhidlərə salam olsun!

       

Qeyrət BALAŞZADƏ,
Müəllim-filoloq, Masallı rayonu, Banbaşı kəndi.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад