Главная > Maraqlı > Şəhidlər

Şəhidlər


5-11-2022, 12:37. Разместил: admin44

Vətən sizi döyüşlərə səslədi,
Döndü yumruğa xalq, ordu, rəhbəri.
Yağıların başın elə əzdik ki,
Dirçəlməsinə heç güman da yoxdur.

Ey dağlardan baxan el igidləri,
Çəkdiniz siz Vətən, torpaq qeyrəti.
“Quran”da şəhidlik böyük məqamdır,
Peyğəmbərimiz verib bu zəmanəti.

Yazdınız qanızla yeni tarixi,
Pozulmaz heç zaman daşlardan bu qan
Oxuyar daşları gələn nəsillər,
Nə qədər yaşayır can Azərbaycan.

Siz əziz analar, əziz atalar.
Vüqarla yaşayın, geyməyin qara.
Şəhidlər ölməzdir, onlar diridir,
Köçən bizik, şəhid əbədi yaşar.



Hacı Umudəli HÜSEYNOV,
Masallı rayonu, Birinci Yeddioymaq kəndi.
Veteran kənd təsərrüfatı işçisi.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад