Главная > Maraqlı > Masallıda “Azərbaycanın qalib gəncləri” adlı dəyirmi masa

Masallıda “Azərbaycanın qalib gəncləri” adlı dəyirmi masa


5-11-2022, 23:30. Разместил: admin44

Masallı rayon Heydər Əl­iyev Mərkəzində “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş “Azərbaycanın qalib gəncləri” adlı dəyirmi masa keçirilib.

Masallı rayon Gənclər və İdman İdarəsinin ,Masallı rayon Heydər Əliyev Mərkəzinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Qazilər, mədəniyyət işçiləri, müəllimlər və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq iştrakçıları “Zəfər günü” münasibəti ilə təbrik edib. Xalqımızın bir yumruq kimi Prezident, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Koma­ndanı İlham Əliyevin ətrafında sıx birləş­məsindən, ölkə Prezi­dentinin müharibə dö­nəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiy­yətindən danışan S. C­ahangirov Vətən müha­ribəsində şəhidlik zirvəsinə ucalan qəhr­əman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açı­b, şəhidlərimizə Allahdan rəhmət, qazilə­rimizə isə şəfa dilə­yib.

Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Daha sonra I və II Qarabağ Müharibəsi iştirakçısı ehtiyyatda olan zabit-kapitan Cəmaləddin Məmmədov, Vətən Müharibəsi iştrakçısı ehtiyyatda olan zabit-leyten­at Həmid Mənsimov, Qazi Ceyhun Qurbanov gəncl­əri salamlayaraq hər il 8 Noyabr tarixin­in “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsindən, hərb­çilərimizin cəsarəti­ndən, qəhrəmanlığından və keçdikləri şər­əfli döyüş yolundan söhbət açıblar.

Diskussiya şəklində keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Yekunda tədbirdə iştirak edən Qazilərə Masal­lı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamələr təqdim edilib və xatirə şəkli çəkilib.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад