Главная > Maraqlı > Masallıda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü

Masallıda gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü


7-11-2022, 16:36. Разместил: admin44

“Masallı Gənclər Evi” SXM-nin təşkilatçılığı ilə “8 noyabr-Zəfər Günü” ilə əlaqədar Vətən müharibəsi iştirakçıları və Qazilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə “Masallı Gənclər Evi” SXM-nin metodisti Tural Sadıqov açaraq iştrakçıları “Zəfər günü” münasibəti ilə təbrik edib, xalqımızın bir yumruq kimi Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə Prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

“Masallı Gənclər Evi” SXM-nin direktor əvəzedicisi Nuranə Muxtarova çıxış edərək qeyd edib ki, Vətən müharibəmiz uzun sürmədi-cəmi 44 gün, amma bu 44 gündə qazandığımız böyük Zəfər müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən, müdrik siyasəti və sizin kimi igid oğullarımızın fədakarlığı, vətənpərvərliyi, vətən uğrunda misilsiz rəşadəti sayəsində mümkün oldu. Sizin göstərdiyiniz bu qəhrəmanlıq Azərbaycan Ordusu adını dünyanın hərb səlnaməsinə yazdırdı.

Daha sonra I və II Qarabağ Müharibəsi iştirakçısı ehtiyyatda olan zabit-kapitan Cəmaləddin Məmmədov, Qazi Fikrət Yaqubzadə və Qazi Qüdrət Əzizov tədbir iştirakçılarını salamlayaraq hər il 8 noyabr tarixinin “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və keçdikləri şərəfli döyüş yolundan söhbət açıblar.

Sonda tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçılarına və Qazilərə “Masallı Gənclər Evi” SXM-i tərəfindən fəxri fərmanlar təqdim edilib və xatirə şəkli çəkilib.



"Yeni həyat" qəzeti,
 www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад