Главная > Maraqlı > 9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

9 Noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü


5-11-2022, 14:08. Разместил: admin44

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918 ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.Lakin 1920 –ci ildə Xalq Cumhuriyyəti süqut etdikdən sonra bu bayraqdan imtina edilmişdir.Çünki artıq Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdur.
           
Üçrəngli bayrağımız yenidən 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.Ümummilli Lider Heydər Əliyev həmçinin üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
           
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti bu vəsatətə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdi.
           
17 noyabr 2009 –cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunacağı haqqında sərəncam imzalayıb .
           
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra  Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.
           
Dövlət bayrağı respublikamızın  dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı,irimiqyaslı ictimai-siyasi toplantılarda ,mədəni tədbirlərdə  və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
           
 “Azərbaycan bayrağı sadəcə bayraq deyil.O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı,xüsusən də gənc nəsil bunu dərk etsin,qiymətləndirsin”-deyən Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş,Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağınin istifadəsi qaydaları müəyyənləşdirilmişdir.
           
İndi Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda vüqarla dalğalanır. Sentyabrın 27-dən başlayaraq üçrəngli bayraqımız dövlətimizin gücünü və xalqımızın milli birliyini,həmrəyliyini nümayiş etdirir.Ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi:”Bayrağımız mübarizə əzmimiz,zəfər sorağımız,istiqlaliyyət salnaməmizdir”

               Bayraq mənliyimdir,bayraq kimliyim,
               Bayraq-öz yurduma öz hakimliyim.


 
Şəhla Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 sayli tam orta məktəbin müəllimi




"Yeni həyat"  qəzeti,
 www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад