Главная > Maraqlı > 9 noyabr bayraq günüdür !
9 noyabr bayraq günüdür !8-11-2022, 13:22. Разместил: admin44 |
Hakimiyyətimizin təməli olan üç rəngli bayrağımız hər zaman bizim üçün qürur yeri olub. Çünki bu bayraq öz mavi rəngini azad dalğalandığı səmalardan, al rəngini şəhid qanından, yaşıl rəngini isə nadir və incə mənəviyyatımızdan almışdır. Vətən səmasının günəşidir bayraq, vətən torpağının kölgəliyidir bayraq. Tarixin ən çətin sınaqlarından qalxdığı zirvədən enmədən keçmiş üçrəngli bayrağımız bir gün deyil hər gün təqdir olunur, özəlliyi xatırlanır. Lakin bütün dünya azərbaycanlıları üçün təqvimdə özəl bir gün təyin olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri iş günü olan bayramların siyahısına daxil edilib. Kökü Azərbaycan Xalq Cümhuriyyətinə bağlı olan bu günün noyabr ayının 9-na təyin olunması da təsadüfi deyil. İstiqlal Bəyənnaməsinin üç prinspini özündə cəmləyən və bu gün də bizə mayak olan bayrağımız heç vaxt bizim üçün öz ideologiyasıını itirməyib. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bu səbəbdəndir ki, 70 ilə yaxın əsarət yolu keçən ölkəmiz yenidən öz müstəqilliyini qazandıqdan sonra bu bayraq eyni amalla səmalara yüksəldi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Ulu Öndər Heydər Əliyev bayraq haqqında danışarkən demişdir: - “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bu barədə səsləndirdiyi gözəl bir fikir var- Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bu gün hansı qarış torpağa üç rəngli bayraöımızın kölgəsi düşürsə ora bizim vətənimizdir və hansı qarış torpaq bizim vətənimizdirsə Bayrağımız al günəş kimi onun üzərində parlamalıdır! Tural Sadıqov, Masallı Gənclər Evinin metodisti "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |