Главная > Maraqlı > Prezident İlham Əliyev Əlcəzairdə 31-ci Zirvə toplantısında çıxış etmişdir

Prezident İlham Əliyev Əlcəzairdə 31-ci Zirvə toplantısında çıxış etmişdir


5-11-2022, 21:32. Разместил: admin44

Azərbaycanın dövlət başçısı Ərəb Dövlətləri Liqasının Əlcəzair paytaxtında keçiriləcək 31-ci Zirvə toplantısında çıxış edib və həmçinin Əlcəzair dövlət rəsmiləri ilə görüşlər keçirib. Azərbaycan Prezidenti Əlcəzairdəki sammitə həm də Qoşulmama Hərəkatının sədri kimi qatılıb.
             
Prezident İlham Əliyev çıxışınd  Azərbaycan beynəlxalq arenada mühüm rol oynaynadığını və 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olduğun bildirmişdir. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və dövlətimiz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Ölkəmizin sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Ölkəmizin sədrliyi COVID-19 dövrünə təsadüf etmişdir. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərmişdir. Dövlətimiz Qoşulmama Hərəkatının Sammitini təşkil etdik. 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı ölkəmizdir. Bütün bu təşəbbüslərin bir ümumi məqsədi var idi - ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə etmək imkanı olmayan ölkələrə dəstək göstərmək.
               
ƏDL-nin 31-ci sammitində iştirak edən yeganə qeyri-ərəb dövlət başçısı Azərbaycan Prezidenti olub. Ərəb ölkələri son illərdə daxili münaqişələr səbəbindən xeyli zəifləyən ƏDL-nin güclənməsinə çalışır və Əlcəzairdə keçirilən toplantı bu mənada həlledici əhəmiyyət kəsb edirdi, böyük ümidlər var idi. Belə bir toplantıda iştirak və çıxış etmək hazırkı dövrdə Azərbaycan üçün həddən artıq vacibdir. Bu, onu göstərir ki, Azərbaycanın ərəb ölkələri ilə yaxşı əlaqələri var, hazırda bu əlaqələri daha da inkişaf etdirmək perspektivi mövcuddur. Azərbaycan 2006-cı ildən ƏDL-nin üzvüdür, görünür ki, təşkilatla əlaqələr daha da güclənəcək.
               
 Azərbaycanda Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik. Son illərdə Əlcəzair sürətlə Türkiyə və digər region ölkələri ilə yaxınlaşır və bu zaman Fransız müstəmləkə dövrünə deyil, daha əvvəlki Osmanlı dövrünə vurğu edilməsi Parisi narahat edir. Bu narahatlığı prezident Makron da dilə gətirərək Türkiyənin Fransanın Şimali Afrikada tərk etdiyi bölgələrə Osmanlı irsi ilə rahat şəkildə daxil olduğunu demişdi.
               
Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.



Ceyhun Hüseynov,
Masallı şəhəri




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад