Главная > Maraqlı > Prezident İlham Əliyevi Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış etmişdir
Prezident İlham Əliyevi Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış etmişdir6-11-2022, 21:36. Разместил: admin44 |
Noyabrın 1-də Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev Prezident Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Azərbaycan Prezidenti Əlcəzaır Prezidentinin, Ərəb Dövlətlər Liqasının Baş katibi və digər nümayəndələrinə dəvətə görə öz təşəkkürünü bildirib və bu dəvəti dostluq və qardaşlıq əlaməti hesab edib. Sonra ölkəmizin başçısı Əlcəzair xalqını Azadlıq Günü münasibəti ilə təbrik edib. Prezident İlham Əliyev Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığın, qəddarlığın unudulmaması üçün əlindən gələn hər cür yaxşılığın ediləcəyini bildirib. Daha sonra cənab İlham Əliyev Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərdən danışıb. Bu ilin yayında Bakıda keçirilən görüşü xatırladaraq bildirib ki, Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvdür. Prezident İlham Əliyev həmçinin qeyd edib ki,Sammitdə Qoşulmama Hərəkatının sədri kimi çıxış edir və Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. Daha sonra ölkə Prezidenti bildirib ki, Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib .İşğal illərində həmişə ərəb qardaşlarımızın dəstəyini hiss edib. Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib.2017-ci ildə Azərbaycan da “İslam Həmrəyliyi ili” elan edilmiş və Azərbaycan IV İslam Nəmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Cənab Prezident Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın beynəlxalq arenadakı mövqeyindən danışıb.Bu hərəkata sədrliyin 2023-cü ilə qədər uzadıldığını qeyd edib və xatırladıb ki,bu qərar yekdil bir qərar olub. Çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı törətdiyi terrordan da danışıb. Prezident İlham Əliyev Ermənistan tərəfinin törətdikləri cinayətləri sadalamaqla həqiqətləri bir daha dünya ölkələrinin nəzərinə çatdırıb.Həmçinin qeyd edib ki,bununla bağlı dörd qətnamə qəbul edilmiş,lakin heç birinə əməl olunmamışdır.Cənab Prezident problemin həllinin döyüş meydanında tapdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı öz torpaqlarında düşmənlə müharibə aparıb və qalib gəlib. “İşğaldan sonra ərazilərə baxış keçirilərkən torpaqlarımızın məhv edilməsinin,hər şeyin yerlə-yeksanolunmasının, dağıdılmasının şahidi olduq. Bu,Azərbaycana qarşı törədilən terrordur” fikrini söyləyən Prezident İlham Əliyev Qarabağa “Böyük Qayıdış” proqramının icrasından da danışıb və xüsusi olaraq qeyd edib ki,bunu öz resurslarımız hesabına həyata keçiririk. Sonda Prezident İlham Əliyev bir daha xatırladıb ki, Azərbaycan Ərəb Dövlətləri Liqasına üzv dövlətlərindən olan qardaşlarımızdan həmrəylik və dəstək görür və bu həmrəyliyi daha da möhkəmləndirmək üçün hər cür dəstəyə hazırdır. Şəhla Xəlilova, S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |