Главная > Maraqlı > Prezidenti İlham Əliyevin Soçi şəhərində işgüzar səfərdə olmuşdur

Prezidenti İlham Əliyevin Soçi şəhərində işgüzar səfərdə olmuşdur


5-11-2022, 22:32. Разместил: admin44

Bu cür əhəmiyyətli günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hər zamankı kimi öz missiyasının tamlığı naminə bütün gedişləri etməkdədir.  Məhz Soçi səfəri də bu qəbildən olan addımlardan ən əsas biridir. Ümumiyyətlə bu səfərdə dövlət başçılarının görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradmaqdan ibarət olub. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Bu görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirərək, ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Məlum məsələdir ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb, çünki münaqişə iki il bundan əvvəl həll edilib və bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 31 oktyabr 2022-ci il tarixli Bəyanatı bəzi ciddi məsələləri əhatə edirdi. Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu. Bundan başqa humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşma əldə olunub. Danılmaz faktdır ki, Rusiya sülhməramlı kontingenti yerləşdiyi zonada təhlükəsizliyin  təmin edilməsində mühüm rol oynayır. Bizim qarşı tərəfdən çox sadə istəyimiz və tələbəmiz var.

 Münaqişə çərçivəsində olan bütün problemli məsələlər güc tətbiq etmədən BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət abı-havanın formalaşdırılması çox vacibdir. Üç tərəfli görüşün bəyənatında qeyd olunub ki, regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır.
       


Məhəmməd Hüseynov  
Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin dərnək rəhbəri



 “Yeni həyat” qəzeti,
  www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад