Главная > Maraqlı > Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın Soçi şəhərində rəsmi səfərdə olmuşdur

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın Soçi şəhərində rəsmi səfərdə olmuşdur


6-11-2022, 22:36. Разместил: admin44

Oktyabrın 31-də Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində rəsmi səfərdə olmuşdur Bu səfər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə reallaşıb. Görüşdən sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyənatla çıxış etdilər.Rusiya Prezidenti Vladimir Putin bu görüşün çox əhəmiyyətli və vacib olduğunu vurğulamışdır. O hesab etdi ki, məqsəd 2020-ci və 2021-ci illərdə nail olunan razılaşmaların yerinə yetirilməsini təmin etməkdir.Vladimir Putin cənab İlham Əliyevin Rusiyanın Dağlıq Qarabağın münaqişəsinin imzalanmasında nəzərə çarpacaq mühüm rol oynaması haqqında fikirlərini bir daha xatırladaraq və bu dəyərləndirmələrə görə ona təşəkkür etdi.        
         
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəvətə görə Rusiyanın Prezidenti Vladimir Putinə təşəkkür edərək  və  yenidən görüşdüklərinə görə şad olduğunu bildirib. Prezident qeyd etdi ki,onlar keçən ay və bu ay da daxil olmaqla görüşmüşlər,ikitərəfli münasibətlərin kifayət qədər yüksək dinamika ilə inkişaf etdiyi haqqında danışmışlar. Amma bugünkü görüşün məhz regional məsələlərə həsr olunmasını prezident İlham Əliyev qeyd etmiş və bildirdi ki, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyənnamə çoxillik münaqişəyə son qoydu. Prezident İlham Əliyev xüsusi ilə qeyd etmişdir  ki,artıq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbətdə ki, bu məsələlərdə Vladimir Putinin şəxsi rolunu yüksək qiymətləndirilir.
           
Eyni zamanda prezidentimiz qeyd etdi ki,birqədər sonra keçiriləcək bugünki üçtərəfli görüşdə münasibətlərin normallaşması prosesinə bizim verdiyimiz 5 prinsip mühüm rol oynaya bilər.Bunlar Beynəlxalq hüququn fundamental prinsipləridir.Prezident qeyd etdi ki,bu əsasda normallaşmaya nail olmaq olar.İlham Əliyev Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını birdaha qeyd etdi.Prezident qeyd etdi ki,bu məsələ artıq iki il bundan əvvəl həll olunmuşdur və burada praktiki həll ediləsi heçbirşey qalmamışdır.Ancaq Azərbaycan Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.Biz bu məqsədlərə nail olmaq işində bundan sonrada şəxsən sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik.
         
Bu görüşün nəticəsi olaraq birgə bəyanat imzalanmışdır.Bu bəyanatda Azərbaycan Ermənistdan münasibətlərinin kompleks şəkildə normallaşdırılması sülhün,sabitliyin,təhlükəsizliyin və Cənubi Qafqazda iqtisadiyyatın normallaşması naminə səylərin artırılması öz əksini tapmışdır.BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyənnaməsinə uyğun olaraq suverenliyin,ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlinməsi bu bəyanatda qeyd edilmişdir. Bundan başqa regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədi ilə Azərbaycan Respublikası ilə Ermənistdan Respublikası arasında sülh müqaviləsin bağlanmasına fəal hazırlaşmağın vacibliyi vurğulanmşdır.



Aidə Şıxəliyeva,
Masallı rayon Mollaoba kəndi



“Yeni həyat” qəzeti,
 www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад