Главная > Maraqlı > Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri

Prezident İlham Əliyevin 31 oktyabr tarixli Soçi səfəri


7-11-2022, 22:39. Разместил: admin44

Oktyabrın 31 –də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.
             
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayan Rusiya Prezidenti İlham Əliyevə Soçiyə gəldiyi üçün təşəkkür edib.Rusiya Prezidenti bildirib ki,görüş Azərbaycan və Ermənistanın baş nazirlərinin təşəbbüsü ilə keçirilib.
             
Rusiya Prezidenti qeyd edib ki,görüşün məqsədi 2020 və 2021-ci illərdə nail olduğumuz razılaşmaların yerinə yetirilməsi üçündür.Prezident Putin bəzi məqamlara toxunaraq onlara aydınlıq gətirib.O qeyd edib ki,yaranan üçtərəfli işçi qrupuna baş nazirlərin müavinləri rəhbərlik edirlər.Putin Azərbaycan tərəfinin fəaliyyətinin kifayət qədər fəal olduğunu da nəzərə çatdırıb.
             
Prezident İlham Əliyev də öz növbəsində Rusiya Prezidenti Putinə təşəkkür edib.Cənab Prezident qeyd edib ki,keçirilən görüş regional məsələlərə həsr edilib.Azərbaycan Prezidenti Qarabağ münaqişəsinin nizamlanmasındakı roluna görə Rusiya Prezidenti V.Putinə öz təşəkkürünü bildirib.
             
Cənab Prezident qeyd edib ki,iki il bundan əvvəl imzalanmış üçtərəfli bəyannamə çoxillik münaqişəyə son qoymuşdur.Hal-hazırda iki dövlət arasında münasibətlərin normal hala düşməsi üçün danışmaq və hərəkətə keçmək vaxtıdır.Bunun üçün Azərbaycan yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı beş əsas prinsipi irəli sürüb.Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir.
         
“Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O,iki il bundan əvvəl həll olunub”. Prezident İlham Əliyev bu sözləri söyləyərək bəyan edib ki, praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb edir.
           
Elə həmin gün Soçidə üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.Tərəflər üçtərəfli bəyanatların icrasının razılaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və tənlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat  əlaqələrinin bərpası və inkişafını müzakirə ediblər.
     


Şəhla Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi




“Yeni həyat” qəzeti,
 www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад