Главная > Maraqlı > 8 Noyabr – Zəfər Günü
8 Noyabr – Zəfər Günü4-11-2022, 23:15. Разместил: admin44 |
2020-ci il 27 sentyabr tarixində Ermənistan ordusu respublikamızın sərhəd boyu zonalarında yerləşən Azərbaycan ordusunun mövqelərində genişmiqyaslı təxribatlar törətdilər.Azərbaycan tərəfi törədilən təxribatların qarşısını aılmaq məqsədi ilə cəbhə boyu sürətli əks-hücum əməliyyatına başladı.Bununla əlaqədar olaraq Azərbaycanda 28 sentyabr tarixindən qismən səfərbərlik elan edildi.Cəbhə xəttində qarşıdurmalar geniş vüsət alaraq müharibəyə çevrildi.Beləliklə,II Qarabağ müharibəsi başlandı. 44 gün davam edən müharibədə ordumuz bir an olsun belə geri çəkilmədi.Ordu yalnız irəliyə doğru addımlayırdı. Üstünlük aşıq-aşkar Azərbaycan ordusunun tərəfində idi.Oktyabrın 4-dən başlayaraq rəşadətli Azərbaycan ordusu Cəbrayıl, Füzulu, Zəngilan, Qubadlı və Qarabağın incisi sayılan Şusanı işğaldan azad etdi. Erməni təxribatları təkcə cəbhə boyu deyil, həm də cəbhə xəttindən xeyli uşaqda yerləşən şəhərlərdə də ğz murdar əməllərini törətməkdən çəkinmirdilər. Onlar Bərdə və Gəncə kimişəhərləri davamlı olaraq qanunsuz silahlarla, minaatanlarla intensiv atəşə tuturdular. Dinc əhaliyə qarşı törədilən bu çinayətlərə bütün dünya şahid olurdu.Muharibə zonasında uzaqda yerləşən bu şəhərlərin sakinləri günahsız qurbanlara cevrildilər. Azərbaycan ordusu 44 gün ərzində döyüş meydanında düşmənə layiq olduğu yeri tanıtdı və düşməni diz çökdürməyi bacardı. Azərbaycan ordusu döyüş meydanında şanlı qələbə qazandı. Torpaqlarımız işğaldan azad olundu,ərazi bütövlüyümüz bərpa olundu.Bu qələbə tarixi ədaləti bərpa etdi. 44 gün ərzində gedən müharibədə ordumuz bir an belə olsa diqqətdən kənar qalmadı. Ali Baş Komandan Prezident İlham Əliyev daima əsgərlərimizdə ruh yüksəkliyi yaratdı. Onun”Dəmir yumruq”əməliyyatı öz sözünü dedi. İşğaldan azad olunan hər rayonun adı elan edilərkən xalqımızın qələbəyə olan inamı daha da artırdı. Şanlı ordumuzun isə qələbə xəbəri gəlməkdə davam edirdi. İşğaldan azad edilən hər rayonda Azərbaycan bayrağının dalğalanması isə qürurverisi idi. Hər rayonun işğaldan azad edilməsi xalqımız üçün bir bayrama cevrilirdi. 8 noyabr tarixi isə yaddaşlara xüsusi həkk olundu. Həmin gün Ali Baş Komandan Prezident İlham Əliyev Şuşanın azad edilməsi xəbərini böyük coşqu ilə elan etdi. Xalqımızın birliyi, Ali Baş Komandanın yürütdüyü siyasət , qəhrəman Azərbaycan oğullarının rəşadəti hesabına 30 illik həsrətə son qoyuldu.Düşməni torpaqlarımızda qovduq.Biz öz problemimizi özümüz döyüş meydanında həll etdik.Müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsməyi bacardıq. Şuşanın azad edilməsi əfsanəyə döndü.Qəhrəman oğullarımızın hünəri hər tərəfə səs saldı.Biz qalib gəldik.Tariximizə daha bir Zəfər Günü yazıldı.8 Noyabr Azərbaycan tarixinin qızıl səhifəsidir. Şəhla Xəlilova, S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbinin müəllimi “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |