Главная > Maraqlı > 8 Noyabr-Zəfər günüdür

8 Noyabr-Zəfər günüdür


5-11-2022, 23:18. Разместил: admin44

8 Noyabr təqvimin qürurlu ayı, əzəmətli günüsən. Vətənimin igid oğullarının qələbə çaldığı, torpağını canından üstün tutan şəhidlərimin qanı ilə yazdığı Zəfər tarixisən. Sən, Qarabağın incisi, dağlarının başı dumanlı Şuşanın 30 illik əsarətinə son qoyulduğu bir günsən.
           
Məhz 2020-ci ilin bu günü Azərbaycan silahlı qüvvələri qarşısında təzyiq göstərə bilməyəcəyini,məhvə məhkum olacağını anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir.II Qarabağ müharibəsində dünya hərb tarixinə 44 günlük vətən müharibəsində qazandığı çox saylı qələbələri ilə şanlı səhifələr yazan Azərbaycan 2020-ci il 10 noyabrda Rusiya və Ermənistanın hökumət başçıları ilə imzaladıığı üçtərəfli bəyənatla 30 ildən artıq davam edən münaqişəyə son qoydu.
           
2020-ci il 3 dekabrda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Hər  il 8 noyabr Zəfər günü kimi qeyd edilir.
.        
8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və  böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad  edilməsi xalqımızı uzun illər davam edən  məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir.
             
Artıq iki ildir ki,  Azərbaycan xalqı Zəfər gününü təntənəli surətdə qeyd edir. 8 Noyabr zəfər günü Ali baş komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin və yenilməz ordunun şücaəti, yorulmadan döyüşkənliyi,xalqın bir olub ölkə başçısına,ordumuza dəstəyinin nəticəsidir. Bu təkcə qələbə deyil, həm də ədalətin bərqərar olduğu,haqqın haqsız önündə qələbə çaldığı gündür. Öz tarixi torpaqlarımızın 30 ildən sonra bütün dünyaya dəmir yumruq kimi bir olub söz savaşı ilə bəyan etdiyimiz gündür. Bu şanlı günü bizə yaşadan,qanları ilə zəfər tarixi yazan, 30 ilə yaxın sükunətə canları bahasına son qoyan şəhidləri dərin hüznlə yad edir və onların müqəddəs ruhları qarşısında baş əyirik.
Zəfərin mübarək,Ey Vətən.Zəfərin mübarək Azərbaycan!!!
     

       Otuz ilin hicran dolu müjdəsi,
      Bir xalqın tarix boyu əfsanəsi
     “Qarabağ Azərbaycandır” kəlməsi,
      Gətirdi yurduma Zəfərli günlər!

   
       

Leyla Ağayeva,
Yolağac kənd tam orta məktəbin tarix  müəllimi



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
шаблоны для dle 11.2
Вернуться назад