Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


9-11-2022, 15:57. Разместил: admin44


Müzəffər Ali Baş Komandan.

Mən Vətən müharibəsinin könüllü iştirakçısıyam. Müharibənin başa çatmasından bu günə qədər mənə göstərilən maddi və mənəvi dəstəyə, diqqət və qayğıya görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Müharibə zamanı Ordumuzu qələbədən-qələbəyə aparan əsas güc bir tərəfdən əsgər və zabitlər arasında hərbi hazırlıq səviyyəsinin, vətənpərvərlik ruhunun yüksək olması idisə, digər tərəfdən Ali Baş Komandanın qətiyyəti, cəsarəti idi. Bu, bu gün də belədir. Siz xalqımıza güvəndiyiniz kimi, xalqımız da Sizə güvənir, Sizə arxalanır, Sizdən güc alır.

Allah milli birliyimizi hər zaman belə güclü, sarsılmaz etsin.

Hörmətlə,

Təbriz Səfərov
Vətən müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Masallı rayonu, Ərkivan qəsəbəsi.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад