Главная > Maraqlı > 44 gündə əriyən erməni mifləri
44 gündə əriyən erməni mifləri11-11-2022, 14:09. Разместил: admin44 |
44 gün dəvam edən,ordumuzun qələbəsi ilə yekunlaşan vətən müharibəsi – ermenilərin yaratdıqları yalançı miflərin dağıldığı, həqiqətin və ədalətin zəfər çalmasıdır. İllərdi erməni ordusunun yenilməzliyi haqqında yaradılan mifi rəşadətli Azəbaycan ordusu 44 gündə şam kimi əritdi. Ermənistan 30 il işğalçılıq siyasəti apararaq ,əzəli torpağımız olan Qarabağı zəpt edirdi. Mənfur düşmən başa düşmürdü ki, belə bir qəsbkarlıq niyyəti onlara ağır başa gələcək, Azərbaycan əzəli-əbədi torpaqlarının tapdaq altında qalması ilə qətiyyən razılaşmayacaqdır. Ermənistan isə bu qədər zaman himayədarlarına güvənərək, müharibəni dayandıracağına ümid bəsləyirdi. Lakin dövlət başçısının vurğuladığı kimi, düşmənin bu cür düşünməsinin əksinə , bütün Azərbaycan xalqı bir amalla yaşayırdı- işğala son qoymaq, qəsbkarları torpaqlarımızdan qovmaq, öz dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızı öz yurdlarına qaytarmaq. Və biz dövlət başçısının da dediyi kimi: “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”. Ölkə başçısı cənab İlham Əliyev işğaldan azad edilən Kəlbəcərə səfəri zamanı çıxışında vurğuladı ki, “Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar”.Bəli, gələcək nəsillər erməni vəhşiliyini heç zaman unutmayacaq. Çünki düşmən 30 il ərzində işğal etdiyi əraziləri xarabalığa çevirib, daşı daş üstə qoymayıb. Məscidləri, məzarlıqları dağıdıb. Yaşıllıqları doğrayıb, təbii sərvətlərimizi talan edib. Yaşayış məntəqələrimizin adlarını erməniləşdirib, bu yerlərdə qanunsuz məskunlaşma aparıb. Xaricdə yaşayan soydaşları üçün qəsəbələr salıb. Bütün bu qeyd edilənlər erməninin dağıdıcı xarakterindən xəbər verir. Bu, dünən də belə olub, sabah da belə davam edəcək. Düşmən öz xislətini heç vaxt dəyişməyəcək. Prezident çıxışında onu da qeyd etdi ki: “Zaman dəyişir, erməni faşizmi isə dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır.” Anar Məmmədov, Masallı rayon sakini “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |