Главная > Maraqlı > Masallıda "Erkən Nikah Erkən gəncliyin sonu" layihəsi

Masallıda "Erkən Nikah Erkən gəncliyin sonu" layihəsi


11-11-2022, 23:30. Разместил: admin44

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Ümidim sənsən" İctimai Birliyinin icra etdiyi "Erkən Nikah Erkən gəncliyin sonu" Cənub bölgəsində ictimai məsulliyətin artirilmasi maarifləndirmə tədbirlərinin təşkili” layihəsi uğurla yekunlaşdı.

“Erkən Nikah, Erkən gəncliyin sonu” layihəsi çərçivəsində Fidan Abbaslının rəhbərlik etdiyi “Ümidim sənsən” İctimai Birliyi bir sıra maraqlı tədbirlər həyata keçirib.

Masallıda bu tədbir öncə rayonun ən ucqar kəndlərində - Qarğalıq, Qızılavar və Güllütəpə ərazilərində reallaşmışdır. Daha sonra isə Ərkivan qəsəbəsi, Qızılavar və Qəriblər kəndlərində davam etmişdir.

8 ərazidə baş tutmuş tədbirlərin hər birində 25-i yuxarı sinif qızları, 25-i valideynlər olmaqla (hər ərazidə 50 nəfər olmaqla) ümumilikdə 400 nəfər iştirak etmişdir. Ərazilərdə tədbirlər çay süfrəsi arxasında, yuxarı sinif qızlarına müvafiq proşurlar paylanalımaqla, erkən nikahla bağlı video-çarxla nümayiş etdirilməklə  keçirilmişdir.

Bu tədbirlər ərəfəsində hər məktəbdə qızlar arasında şifahi sorğu keçirilmişdir.

Tədbir keçirilmiş ərazilər qızların əksəriyyəti mütləq orta-ixtisas və ali təhsil almaqla təhsillərini davam etdirəcəklərini bildirmiş, heç bir halda erkən nikahla bağlı zərərli hala qol qoymayacaqlarını bildirmişlər. Həm də maraqlıdır ki, ucqar dağ kəndlərində onlarla qız gələcəkdə müstəntiq, vəkil, hakim, jurnalist, kompüter müətəxəssisi, həkim, müəllim və.s olmaq istədiklərini səsləndirmişlər.

Tədbirlərdə ekspert kimi erkən nikahla bağlı dəfələrlə beynəlxalq təlimlərdə sertifikat qazanmış, bu mövzularda yazıları yerli və beynəlxalq müsabiqələrin qalibi olmuş Zahir Əmənov meordatorluq etmiş, iştirakçıların çox saylı suallarını cavablandırmışdır.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад