Главная > Maraqlı > Prezident Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etmişdir

Prezident Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etmişdir


13-11-2022, 17:52. Разместил: admin44


Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edərək çıxış edib.
             
Tədbirdə çıxış edən ölkə rəhbəri Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib və Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.Prezident  Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən əsgərlərimizin şanlı tarix yazdığını xüsusi qeyd edib.
               
Prezident İlham Əliyev qeyd edib ki, alınmaz Şuşanı qəhrəman oğullarımız azad edərkən ölümə getdiklərini bilirdilər, çünki onlar yüngül silahlarla təchiz edilmişdilər. Onlar Vətən uğrunda , torpaq uğrunda ölümə gedirdilər. Biz bilirdik ki, Şuşasız qələbə tam qələbə deyil. Bizim məqsədimiz Şuşanı işğaldan azad etmək idi. Şuşanın azad edilməsi müharibənin taleyini həll edirdi.
             
Cənab Prezident qürurla vurğulamışdır ki, iki il ərzində 10 dəfədən çox olmuş , hər dəfə də Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı, peşəkarlığını görürük.Qəhrəman oğullarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan keçərək bu uzun məsafəni qət edərək,qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıblar.Şuşa döyüşləri digər döyüşlərdən fərqli olaraq yüngül silahlarla ,əlbəyaxa döyüşlərlə yadda qalıb.Belə bir şəraitdə düşmən məğlub edilib,üçrəngli bayrağımız Şuşada dalğalanıb.
             
Şuşaya gedən yol 27 sentyabr tarixindən başlayıb.44 gün ərzində ordumuz yalnız irəli gedib. Biz bir gün də olsun geri addım atmadıq. Xüsusən Şuşa çətin relyefə malik bir ərazi idi.Ancaq bizi irəliyə-qələbəyə aparan güclü iradə idi,Vətən sevgisi idi.Məhz buna görədir ki,orduda bir dənə də olsun fərari olmamışdır.
         
Prezident İlham Əliyev I Qarabağ müharibəsi zamanı məğlubiyyətin səbəbini də açıqlamışdır.Həmin dövrdə ölkədə baş verən siyasi çəkişmələrdən də danışmış və bildirmişdir ki,belə bir vaxtda qələbədən söz gedə bilməzdi.
           
Eyni zamanda Prezident İlham Əliyev son iki il ərzində görülən işlərdən danışaraq bir daha  qeyd etdi ki,bu müharibədə biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu da bərğa etdik. Prezident gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Eyni zamanda Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər.Bu bizim böyük dəyərimizdir.İkinci Qarabağ müharibəsi milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi.Biz indi başımız dik tutub istənilən tədbirdə sözümüzü deyirik.Üzümüz ağ, alnımız açıq,müzəffər xalq kimi yaşayırıqPrezident İlham Əliyev bunun üçün hərbçilərimizə borclu olduğumuzu qeyd edib.

 

Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад