Главная > Maraqlı > Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış etmişdir

Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış etmişdir


14-11-2022, 19:44. Разместил: admin44
 
“Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana  dilində təhsil almaq imkanı olmalıdır: "Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur". 

 Beləliklə, Prezidentin son çıxışı bütün dünyada yaşayan azərbaycanlıların tarixi vətəni olan Azərbaycanın onların hüquqları uğrunda mübarizədən çəkinməyəcəyini göstərir.Prezident  ölkəmizdə həyata keçirilən islahatlar, 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyət, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işləri, habelə Cənubi Qafqazdakı ümumi vəziyyət barəsində ətraflı məlumat verdi. İlham Əliyevin çıxışındakı çox maraqlı məqamlardan biri də əsasən türk dünyasında yaşayan gənc nəsilin yaşadıqları ölkələrdə öz ana dillərində danışmaları və təhsil almaları barədə məsələyə toxunması oldu. Cənab Prezident qeyd etdi ki, əfsuslar olsun Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyəti ana dilində təhsil almaq imkanından məhrumdur. 

Yəni biz bu ölkənin konkret olaraq İran olduğunu söyləyə bilərik. Həmçinin, digər dövlətlərdə də yaşayan azərbaycanlıların hansısa əngəllərlə razılaşırlar. Təbii ki, bu məsələlərin hər biri öz həllini tapmalıdır. Biz düşünürük ki, Cənab Prezidentin əsas nəzərdə tutduğu ölkə İrandır. Çünki İranda 40 milyona yaxın azərbaycanlı bir çox hüquqlarından məhrumdur. Əsasən də öz dillərində təhsil almaq kimi bir çox məsələlər öz həllini tapmalıdır. Cənab Prezident artıq bir daha dünya azərbaycanlıları və soydaşlarımızla bağlı öz qəti mövqeyini ortaya qoydu. İlham Əliyev bir daha 50 milyonluq azərbaycanlının lideri olduğunu göstərmiş oldu. 

 Həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması,  Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan-Qırğızıstan-Çin” və “Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini Dövlət və hökumət başçıları  dəstəkləyiblər.

 Zəngəzur dəhlizinin açılması bütün Türk Dövlətlərinin inkişafına təkan verəcək deyən cənab Prezident sonda Özbəkistan rəhbərliyinə öz təşəkkürünü bildirdi. Bütün dövlət başçılarının çıxışından sonra xatirə şəkilləri çəkdirildi ,yekun Bəyannaməsi imzalandı

 

Müşfiq Qurbanov,
Masallı Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

 


шаблоны для dle 11.2
Вернуться назад