Главная > Maraqlı > Masallıda “Erkən nikahın acı fəsadları” mövzusunda tədbir

Masallıda “Erkən nikahın acı fəsadları” mövzusunda tədbir


15-11-2022, 18:54. Разместил: admin44

15 noyabr tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsinin təşkilatçılığı ilə Uşaq aylığı çərçivəsində “Erkən nikahın acı fəsadları” mövzusunda Masallı şəhər İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbində tədbir keçirildi. Tədbirdə 9-11-ci sinif şagirdləri və müəllimlər iştirak edib.

 İlk öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin əməkdaşı Lalə Nəzərova mövzu ilə bağlı məruzə etdi.

Sonra  muzeyin direktoru Əntiqə Tağıyeva erkən nikahın səbəbləri, fəsadları və bu gün cəmiyyətimizdə yaratdığı acı nəticələrdən geniş danışdı.

Daha sonra DQİDK-nin Masallı Bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynov və şəhər 3 saylı məktəbin direktor müavini Nailə Əsədullayeva bu gün gənclərin təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olan , peşə və həyat bacarıqlarının əldə edilməsinə imkan verməyən, qızları fiziki, cinsi zorakılığa məruz qoyan erkən nikahın bizə miras qalmış ağır “yükündən” azad olmağın yollarından geniş danışaraq qızlara məsləhətlər vermiş oldular.





"Yeni həayt" qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад