Главная > Maraqlı > Masallıda "Ömrünü xalqına bəxş edən lider" devizi altında şeir müsabiqəsi

Masallıda "Ömrünü xalqına bəxş edən lider" devizi altında şeir müsabiqəsi


15-11-2022, 19:30. Разместил: admin44

15 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Masallı Dövlət Regional Kollec ərazi partiya təşkilatı Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibəti ilə "Ömrünü xalqına bəxş edən lider" devizi altında şeir müsabiqəsi təşkil edilmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, eləcədə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş videoçarxın nümayişindən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Daha sonra qurucusu və memarı Ümummilli lideri Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyəti dövründə, regionda böyük nüfuz qazanan Azərbaycanın siyasi, iqtisadi sahədə uğurlarından, dövlətin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən qələbədə misilsiz xidmətlərindən danışdı. 

Tədbirdə çıxış edən Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin vacibliyini vurğulayaraq,tələbələri belə tədbirlərdə daha fəal olmağa çağırdı. Daha sonra münsiflər heyətinin qərarı ilə müsabiqədə iştirak edən tələbələr arasında qaliblər müəyyən olundu. Yekun nəticələrə görə qaliblərə "Fəxri Fərman" və "Təşəkkürnamə"lər təqdim olundu.

Tədbirdə tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilmişdir. 




"Yeni həyat" qəzeti,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад