Главная > Maraqlı > 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür15-11-2022, 20:21. Разместил: admin44 |
Ümummilli Liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra ədliyyə orqanlarının inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. Bu qayğının təzahürü olaraq ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. Bundan əlavə bu müddətdə ədliyyə nazirliyinin fəaliyyəti üçün qanunvericilik əsaslı surətdə yenilənmiş, ədliyyənin müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilərək icra olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin ideya və amallarını davam etdirmiş, ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşmiş, yeni uğurlara imza atmışdır. Cənab İlham Əliyevin prezide ntliyi dövründə ədliyyə təşkilatlarının məsuliyyəti daha da artmış, bu quruma qayğı və diqqət yüksəlmişdir. Ədliyyə işçiləri öz fəaliyyətlərində daim cənab Prezidentimizin qayğısını hiss edir. Belə ki, möhtərəm Prezident dəfələrlə ədliyyə işçilərinin maddi və sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamlar imzalamışdır. 2006-cı ildə ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə yeni vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır. Bir sözlə, ədliyyə sistemi islahatlar yolu ilə müasirləşir. Azərbaycan ədliyyəsinin 101 illik yubileyi böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri dövlət başçımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzıfələrini hər zaman layiqincə yerinə yetirmək və daha məsuliyyətlə çalışmaq əzmindədirlər. Ədliyyə işçiləri bu bayramı xalqımıza bəxş etmiş Ümummilli Liderimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər. Erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi. 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var. Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir. Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamə ilə yanaşı, bu illər ərzində İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası və s. nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğalı faktını, habelə 15-dən çox ölkə, eləcə də ABŞ-ın ştatlarının yarıya qədəri Xocalı soyqırımını tanıyıb. Bütün bunlar beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin formalaşmasına və bugünkü qələbəmizin möhkəm bünövrəsinin yaradılmasına rəvac verib. Cavid Mircavadov, Astara rayon notariat ofisinin xüsusi notariusu "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |