Главная > Maraqlı > Azərbaycan Prezidentinə yazırlar

Azərbaycan Prezidentinə yazırlar


16-11-2022, 15:51. Разместил: admin44
 

Möhtərəm cənab Prezident.

Əvvəlcə, müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən böyük diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu gün biz vətəndaşlar görürük Azərbaycanda şəhid ruhuna necə böyük ehtiram bəslənilir, onların ailələri, həmçinin müharibə əlilləri üçün yaşayış kompleksləri salınır, evlər tikilir, problemləri diqqət mərkəzində saxlanılır və həlli ilə əlaqədar lazımi işlər görülür.

Həmçinin, qürurla qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın dörd bir yanında olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə də böyük quruculuq və bərpa işləri görülür. Bu işlər Azərbaycanla yanaşı, dost xalqları da sevindirir, düşmənlərə göz dağı çəkir.

Qədəmləriniz hər zaman mübarək olsun, cənab Prezident.

Hörmətlə,

Nəzmiyyə Eynullayeva
Azərbaycan Respublikası, Masallı rayonu, Musaküçə kəndi



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 



шаблоны для dle 11.2
Вернуться назад