Главная > Maraqlı > Dirçəlişin Zəfərə apardığı yol

Dirçəlişin Zəfərə apardığı yol


17-11-2022, 18:09. Разместил: admin44

Noyabrın 17-də Masallı Tarix- Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “17 noyabr-Milli Dirçəliş Günü”nə həsr edilmiş “Dirçəlişin Zəfərə apardığı yol” mövzusunda tədbir keçirilib.

Muzeydə baş tutan tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra muzeyin əməkdaşı Sevinc Əliyeva mövzu ilə bağlı geniş məruzə edib.

Tədbirdə muzeyin direktoru Əntiqə Tağıyeva və Qalereyanın direktor vəzifəsini müvəqqəti icra edən Təhmasib Məcidov çıxış edərək 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin bir yumruq kimi birləşməsindən danışıblar.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад