Главная > Maraqlı > Masallıda “Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur” mövzusunda tədbir
Masallıda “Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur” mövzusunda tədbir17-11-2022, 18:14. Разместил: admin44 |
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30 iliyi ilə bağlı “Azərbaycan cəsarətli və işgüzar qadınlar yurdudur” mövzusunda tədbir keçirildi. Tədbir Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Tarix- Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı altında YAP-nın veteran və gənc fəal xanımlarının iştirakı ilə baş tutdu. İlk öncə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiq sükutla yad edildi. Tarix-Diyarşünaslıq muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva mövzu ilə bağlı geniş məruzə etdi. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın yaranmasının 30 illiyi münasibəti ilə bütün tədbir iştirakçıları təbrik etdi. O, Azərbaycan xanımlarının yurdun, vətənin müdafiəsi, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda apardıqları mübarizə, hünər və vətənpərvərlik nümunələri ilə bəşər salnaməsində yaratdıqları qadın obrazından geniş danışdı. Sonra Şəhid anası Mehriban Sultanzadə, veteran YAP üzvlərindən Göyçək Ələsgərova, Nazilə Hüseynova, Lətifə Qənbərzadə, Məhbubə Şahbazova və gənc fəal Dilarə Mürşüdova çıxış edərək bu gün Azərbaycan qadının yeni bir cəmiyyətdə fəal qurucu, idarəedici orqanlarda rəhbərlik edən zərif cinsin nümayənləri olaraq vətəndaşlıq borclarını yerinə yetirmiş olduqlarından danışdılar. Natiqlər hər şeydən öncə bu gün Azərbaycanın inkişadında əldə edilən bütün nailiyyətlərdə əməklərinin olduqları ilə qürur duyduqlarını söylədilər. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |