Главная > Maraqlı > Prezident İlham Əliyev 15 noyabr tarixində Albaniyada səfərdə olmuşdur

Prezident İlham Əliyev 15 noyabr tarixində Albaniyada səfərdə olmuşdur


16-11-2022, 20:30. Разместил: admin44

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına ilk dəfə səfər edib. Səfər əsnasında Albaniya Respublikasının Prezidenti Bayram Beqay İlham Əliyevi rəsmi lanç süfrəsində qonaq edib. Sonra təkbətək görüş zamanı müxtəlif mövzular geniş müzakirə olunub.
           
Daha sonra İlham Əliyev mətbuat qarşısında səfər zamanı müzakirə olunan mövzular barədə geniş tərkibdə məlumat verib.İlk öncə xüsusi qonaqpərvərliyə görə Albaniya Respublikasının Prezidentinə təşəkkürünü bildirən İlham Əliyev sonra Albaniya-Azərbaycan əlaqələrindən danışarkən müxtəlif mövzulardan danışıb. Albaniya bütün dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dost ölkələrdəndir. İkinci Qarabağ Müharibəsi zamanı Albaniya rəsmilərinin bəyanatları bunu bir daha sübut edib.
             
Bəli,  İkinci Qarabağ Müharibəsi Azərbaycanı haqlı tərəf kimi dünyaya tanıtdı. Biz Beynəlxalq Təşkilatların belə Azərbaycan haqqında edə bilmədiyi işləri özümüz tək başına görə bildik. Torpaqlarımızı işğalçılardan təmizlədik. Ermənilərin qanunsuz məskunlaşdığı və hər bir cinayətləri törətdiyi vətənimizi azad etdik.
           
 Bu gün Azərbaycan-Albaniya ilə müxtəlif beynəlxalq təşkilatlarda əməkdaş kimi çıxış edir. Energetika, turizm, qaz, kənd təsərrüfatı, qarşılıqlı sərmayə qoyulması və s. sahədə əməkdaşlığı davam etdirən Azərbaycan-Albaniya əlaqələri cənubi Qafqaz dəhlizində  də birgə fəaliyyət göstərir. Azərbaycan Avropaya qaz ixrac edən əsas ölkələrdəndir. Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır.
               
Dövlətimizin başçısının Azərbaycanla Albaniya arasında əmıəkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanların olduğunu vurğuladığını qeyd etdi: “Prezident İlham Əliyev Tiranada qarşılıqlı sərmayə qoyuluşundan, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyət, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələrində əməkdaşlıq imkanlarından danışdı, əmin olduğunu bildirdi ki, tərəflər bu istiqamətlər üzrə inamla addımlayaCənab Prezident Azərbaycan və Albaniyanın TAP layihəsinin üzvləri olduqlarını, Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimizin çox önəmli rol oynadıqlarını, Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etdiklərini qeyd etdi, Azərbaycanın bu günə qədər qaz şəbəkəsi yaradılmayan Albaniyada  bu sahədə investor kimi iştirak etmək təklifini irəli sürdü.
                   
Ölkə başçımız Albaniyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşlər onu göstərdi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə ölkəmizn inkişafı və tərəqqisi naminə mühüm addımlar atır.

 

         

Ağayeva Gülnar,
Dəlləkoba kənd E.Heybətov adına ümumi orta məktəbin tarix müəllimi




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 
шаблоны для dle 11.2
Вернуться назад