Главная > Maraqlı > Prezident İlham Əliyev 15 Noyabr tarixində Albaniyada rəsmi səfərdə olmuşdur
Prezident İlham Əliyev 15 Noyabr tarixində Albaniyada rəsmi səfərdə olmuşdur17-11-2022, 20:37. Разместил: admin44 |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasında səfərdə olmuşdur.Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüş və hər iki ölkənin Dövlət bayraqları dalğalandırılmışdır. Prezident İlham Əliyev çıxış edərək ilk növbədə Albaniya Respublikasının Prezidentinə dəvətə və göstərdikləri qonaqpərvərliyə görə öz minnətdarlığını bildirmi, bu gözəl ölkədə ilk dəfə səfər etdiyini və burada olmasından çox məmnun olduğunu qeyd etmişdir. Prezident bu səfərin Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcəyini bildirmişdir.Prezident İlham Əliyev Albaniya prezidentlərinin əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etdiyini və bu il keçmiş Prezident Metanın Azərbaycanda səfərdə olduğunu qeyd etmişdir. Eyni zamanda demək olar ki, prezidentin bu səfəri sıx siyasi təmasları, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk. Daha sonra Prezident İkinci Qarabağ müharibəsinin nəticələrindən söz açmışdır. Azərbaycanın öz əzəli torpaqlarını işğalçılardan azad etməsini, beynəlxalq hüququ, ədaləti bərpa etməsini də xüsusi vurğulamışdır. Çıxışı zamanı prezident İlham Əliyev Albaniya Prezidentinə müraciət edərək Siz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxundunuz. Qeyd etməliyəm ki, bu qətnamələr 1993-cü ildə qəbul olunmuşdur. Ancaq bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Mən Sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Prezident İlham Əliyev çıxışında qaz ehtiyatlarımızın çox zəngin olduğunu da qeyd etmişdir.O, hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunduğunu bildirmişdir. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanındığını və əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşdüyümüzü qeyd etmişdir. Şərəban İbadova, Masallı rayonu Böyük Kolatan kənd S. Rzayev adına tam orta məktəbin İbtidai sinif müəllimi “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |