Главная > Maraqlı > Masallıda “Skautinq” mövzusunda təlim

Masallıda “Skautinq” mövzusunda təlim


18-11-2022, 21:39. Разместил: admin44
  
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində keçirilən təlim zamanı “Skautinq nədir?”, “Skautun tarixi”, “Azərbaycanda skautinq”, “Skaut prinsipləri və yaş qrupları”, “Skaut qanunları”, “Skaut salamı və andı” kimi mövzulardan danışılıb.

GİKM-in Masallı nümayəndəliyinin əməkdaşı, skaut Məlik Nuriyevin təqdimatında keçirilən təlim zamanı slaydlardan istifadə edilərək, mövzular ətrafında müzakirələr aparılıb, enercayzerlər icra olunub.

Təlimin sonunda gənclərin sualları cavablandırılıb, skaut olmağ üçün müraciət qaydaları izah edilib.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад