Главная > Maraqlı > Masallıda “Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərin artırılması” mövzusunda maarifləndirici seminar

Masallıda “Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərin artırılması” mövzusunda maarifləndirici seminar


20-11-2022, 17:09. Разместил: admin44

“Masallı Gənclər Evi” SXM-nin və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin hüquqi maarifləndirilməsi, İnsan hüquqları haqqında biliklərin artırılması” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirə başlamazdan əvvəl vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək, insan hüquqlarının qorunmasının müasir dövrdə ən aktual məsələlərindən biri olduğunu, hazırda və gələcəkdə onların qarşılaşa biləcəyi müxtəlif məqamlarda bilməli olduqları ən vacib hüquqi bilgiləri diqqətə çatdırıb, ləyaqət, ədalət, bərabərlik və hörmət kimi ortaq dəyərlərə əsaslanan insan hüquqlarının qanunlarla müəyyən edildiyini və qorunduğunu bildirib.

Daha sonra Z.İsmayılov ölkəmizdə uşaq hüquqlarının vəziyyəti barədə məlumat verərək, uşaq hüquqları üzrə beynəlxalq və milli qanunvericiliyin tələblərinin yerinə yetirilməsi və qarşıda duran vəzifələrin həlli istiqamətində dövlətin gərəkən addımlar atmasından, geniş islahatlar aparılmasından danışmış, cəmiyyətimizdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına dövlət səviyyəsində diqqət göstərilməsindən, xüsusilə gənclərimizin hüquqi maariflənməsinin əhəmiyyətindən bəhs etmişdir.

Diskusiya şəklində davam edən seminar gənclər tərəfindən böyük maraqla qarşılanıb, gəncləri düşündürən suallar cavablandırılıb.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад