Главная > Maraqlı > Masallıda şəhid qardaşı ilə şəhid bacısının toyu

Masallıda şəhid qardaşı ilə şəhid bacısının toyu


20-11-2022, 17:10. Разместил: admin44

Masallı rayonunda Vətən Müharibəsi şəhidləri Elmir Akifzadənin bacısı Nigar xanımla Əlimərdan Quluzadənin qardaşı Həmid bəyin toy mərasimi keçirilmişdir.

Toy mərasimində Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova və rayon İcra hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, iş adamları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edirdilər.  

Toy şənliyinə rayonun tanınmış sənətçilərinin, Halay folklor qrupu, "Masallı" rəqs qrupu və paytaxtdan təşrif buyurmuş tanınmış sənətçilərin ifaları xüsusi rəng qatıb.

Toya dəvət edilən qonaqlar yeni ailə quran gənclərə ən xoş arzularını çatdırıblar. Eyni zamanda toy mərasiminə gələn rayon rəsmiləri, iş adamları, sahibkarlar və xeyriyyəçilər bir daha şəhid ailələrinə olan diqqət və qayğılarını göstərərək yeni ailə həyatı qurmuş cütlüyə mebel dəstləri, məişət avadanlıqları və müxtəlif hədiyyələrini əsirgəməmişlər.

Çıxışlarda qeyd olunub ki, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar.

Qeyd edək ki, “Biz birlikdə güclüyük” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən toy şənliyi “İlqar Palace” şadlıq sarayında baş tutub.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 


шаблоны для dle 11.2
Вернуться назад