Главная > Maraqlı > Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxış etmişdir

Prezident İlham Əliyevin cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbirdə çıxış etmişdir


22-11-2022, 18:58. Разместил: admin44
 

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibəti ilə tədbir keçirilib.Tədbirdə Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev çıxış edib.
         
Çıxışa başlayan Prezident İlham Əliyev YAP-ın üzvlərini və qonaqları salamlayıb və YAP-ın yaranmasının 30-cu ildönümü münasibətilə YAP-ın bütün üzvlərini təbrik edib. Cənab Prezident YAP-ın yaranma tarixinə nəzər salaraq Partiyanın keçdiyi tarixi yoldan söz açıb.
           
Prezident İlham Əliyev həmin dövrdə Azərbaycanda baş verən hadisələrdən danışıb və qeyd edib ki,Azərbaycan xalqı düşdüyü ağır vəziyyətdən çıxmaq üçün məhz Ulu Öndərə müraciət ünvanlamış,nicat yolunu Ulu Öndərin simasında görmüşdür.
         
Partiyanın təsis konfransı Naxçıvanda keçirilmişdir.Bu partiya yaranarkən dövlətin ağır yükünü öz üzərinə götürmüşdü.Bu çox məsuliyyətli bir addım idi.Çünki həmin vaxtlar ölkədə çoz ağır vəziyyət idi.Torpaqlarımızın bir hissəsi də işğal altında idi.Əlbəttə,belə bir vaxtda xalqın Heydər Əliyevə inamının əsas səbəbi onun Azərbaycana rəhbərlik etdiyi dövrdə həmişə xalqa xidməti olmuşdur.Onun Moskvada işlədiyi dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilməmişdir.Heydər Əliyev təqaüddə olanda da xalqın ağır günündə  onun yanında olmuşdur.
           
YAP-ın təsisindən 7 ay keçəndən sonra Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi,11 ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi və tariximizin qara səhifəsi bağlandı.
           
Ölkə qarşısında çox ciddi,böyük problemlər var idi.YAP-ın fəaliyyəti,ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki,bu çətin vəziyyətdən şərəflə çıxaq.
         
 Biz Ulu Ondərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verildi.Bir çox sahələrdə ,o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar imkan verdi ki,biz doğrudan da,güclü və nizamı ordu yaradaq.Ölkədə sabitlik yaradıldı və bunun nəticəsində ölkəyə xarici sərmayələr qoyuldu.
         
1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu və bu davam etdirilməli idi.
         
Dövlət başçısı uğurlu iqtisadi-maliyyə siyasətindən də danışdı.O qeyd etdi ki,aparılan islahatlar yaxın gələcəkdə bizə əlavə imkanlar verəcək.O cümlədən Qarabağı və Şərqi Zəngəzuru ğz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq.Biz Ulu Öndərin yolu ilə gedirik.
         
Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur,inkişaf edir.Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir.
       
 Daha sonra İlham Əliyev bizim beynəlxalq mövqelərimizdən  də danışıb.Üzv olduğumuz təşkilatlar haqqında məlumat verib.
       
Sonda cənab Prezidentimiz YAP-ın yubleyini qeyd edərkən Ulu Öndərin xatirəsinin anılmasını xüsusi vurğulayıb .O qeyd edib ki,Ulu Öndərin həyatı,fəaliyyəti bir fədakarlıq nümunəsi idi.Ulu Öndərin başa çatdıra bilmədiyi işi onun davamçıları başa çatdırdı.Bu Qarabağ problemi idi.Biz bir olub bu problemi 44 gün ərzində həll etdik.
       
Bu gün Azərbaycan xalqı müzəffər xalqdır ,qalib dövlətdir.


Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi




"Yeni  həyat" qəzeti,
 www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад